Uzun müddət idi ki, orta və yaşlı nəslin səbirsizliklə gözlədiyi məsələyə dünən prezidentin verdiyi
fərmanla nöqtə qoyuldu. Keçmiş sovet banklarında "ölən" əmanətlərin "dirilməsi" yəqin ki, bu təbəqədən olan çoxlu sayda vətəndaşa xoş müjdə olacaqdı, amma...
1.
Cədvələ baxaq:
Əmanət qalığı
Qaytarılacaq məbləğ
2000 rubl
300 manat
3000 rubl
400 manat
4000 rubl
500 manat
5000 rubl
600 manat
6000 rubl
680 manat
7000 rubl
760 manat
8000 rubl
840 manat
9000 rubl
920 manat
10 000 rubl
1 000 manat
15 000 rubl
1 250 manat
20 000 rubl
1 500 manat
25 000 rubl
1 750 manat
30 000 rubl
2 000 manat
35 000 rubl
2 250 manat
40 000 rubl
2 500 manat
45 000 rubl
2 750 manat
50 000 rubl
3 000 manat
60 000 rubl
3 500 manat
70 000 rubl
4 000 manat
80 000 rubl
4 500 manat
90 000 rubl
5 000 manat
100 000 rubl
5500 manat
Acından ölən Ermənistanın öz vətəndaşlarına olan borcunu regionun lider dövlətindən, analoqu olmayan inkişafı ilə dünyaya meydan oxuyan Azərbaycandan daha insaflı qaytardığını göstərir. Belə ki, Ermənistan 5000 rubl üçün 740 ABŞ dolları qaytarıb.
2. Problem heç hüquqi cəhətdən də düzgün həllini tapmayıb. Əmanətlərin qaytarılması dövlət büdcəsindən ödənilməsi nəzərdə tutulsa da təsdiq olunmuş büdcədə bu, nəzərə alınmayıb. Üstəlik bu cür məsələlər parlamentin müzakirəsindən keçmədən birbaşa prezidentin Fərmanı ilə qüvvəyə minməsi nə dərəcədə qanunidir, onu allah bilir. Axı bu pulu prezident özünün ehtiyat fondundan ayırmır ki, bir sərəncamla bu boyda problemə nöqtə qoyulsun. Çox yəqin ki, may ayında büdcəyə yenidən baxılacaq və parlament də bu qərarı notarial qaydada təsdiq edəcək. Bir sözlə, kitabdan kitaba salınıb halal qanuna çevriləcək...
P.S. Bütün sivil dünyada qanunlar və qərarlar əvvəlcə qanunverici orqanda (parlamentdə) müzakirə olunur və təsdiq üçün icraedici orqanın rəhbərinə (prezidentə) göndəriləndə, bizdə isə tərsinədir.