Dec 09, 2011 11:30
Bu gün işə gələndə təsadüfən köhnə tanışlardan biriylə görüşüb salamlaşdıq. Fikir verirəm ki, mənimlə çox küskün danışır. Soruşuram ki, nə olub, niyə belə mısmırığını sallamısan (yeri gəlmişkən, mən özüm də çox vaxt belə gəzirəm)))? Qayıdır ki, bəs neçə müddətdir mənim atam rəhmətə gedib, amma sən nə yasa gəlmisən, nə də allahın telefonu ilə başsağlığı vermisən...
Doğrusu, bir anlıq tutulub qaldım, sonra "Allah rəhmət eləsin!" - deyərək başsağlığı verdim. Gördüm yox, bu adamın heç kefi açılmır, qayıtdım ki, bilirsən nə var, mənim də dədəm xəstədir, o da öləndə sən də mənə başsağlığı verməzsən, olar heç-heçə. Adam başını qaldırıb üzümə baxdı, sonra başını yelləyə-yelləyə heç nə demədən çıxdı getdi...
mentalitet,
debillər seriyasından