Türk dili

Aug 07, 2011 11:03

Osmanlıcadan tərcümə türkə bunu bilməm
Gerçək yazıyor Gəncəli, yainki hənəkdir.
Mümkün iki dil bir-birinə tərcümə, əmma
Osmanlıcadan tərcümə türkə nə deməkdir? 
Sabir
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan bu əsil dil əsil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdi,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Şəhriyar

P.S. Türk filmlərinə Azərbaycan dilinə dublyaj olunmuş formada baxmaq dəhşətli dərəcədə cansıxıcıdır...
Previous post Next post
Up