Verib Qarabağı Bakıya qaçdıq,
Bakıda "Qarabağ" kafesi açdıq.
Verib Qarabağı oxuduruq biz,
Toylarda "Qarabağ şikəstəsi"ni.
Heç demə, bizim də kişiliyimiz
Toylarda cırmaqmış minlik dəstini.
Bəxtiyar Vahabzadə
UPD. Şeirə bilavasitə aidiyyəti olmasa da, Qarabağ münaqişəsi ilə bağlı xalq yazıçısı Əkrəm Əylislislinin
"Bilirsiniz, siyasət, ərazi bütövlüyünün təmin olunmasına yönələ bilər. Amma heç bir siyasət xalqlari bir-birinə düşmən eləməyə yönələ bilməz" kimi fikirləri də maraqlıdır.