ABŞ Dövlət katibinin keçmiş müavini
Richard Armitage:
“Çox uzun müddətdir amerikalılar da, türklər də arxayın idilər ki, Türkiyə NATO-nun cənubda güclü üzvüdür. Lakin soyuq müharibə dövrünün bu konteksti dəyişib. Mənə elə gəlir ki, burada Vaşinqtonda çox adam bunu başa düşmür. Bu, birinci səbəbdir. İkincisi, tamamilə aydındır ki, ABŞ-ın Türkiyənin Avropa Birliyinə üzvlüyü səyləri yaxın zamanlarda baş tutmayacaq. Qısa zamanda Türkiyə Avropa Birliyinin üzvü olmayacaq. Bu, artıq hamıya aydındır, türklərin özünə də aydındır, lakin bu, o demək deyil ki, Türkiyə qərbi sevmir. Eyni zamanda, şərqdə və cənubda da imkanlara baxmaq lazımdır. Fikrimcə, Türkiyəyə iqtisadi baxımdan yaxşı inkişaf etmiş, çoğrafi və siyasi cəhətdən müsbət mənada öz gücünü hiss edən, lakin eyni zamanda, başqa istiqamətlərdə də yaxşı münasibətləri olan bir ölkə kimi baxmalıyıq. Bu isə o demək deyil ki, Türkiyə qərb yönümündən üz döndərir.” Bəli, bu, həmin Armitage`dır. 2003-cü ilin prezident seçkilərində Məzahir Pənahovu xeyli qabaqlamışdı. İnsafən onu da qeyd edim ki, televiziya kanallarının birində onun İran haqqında bilgisinə heyran qalmışdım. Kifayət qədər ağıllı, savadlı, hiyləgər və pulgir diplomat... Əsl Amerikan brendi...