Şeirdən şüara

Nov 13, 2015 17:12

Hicri-Qəmər təqviminin 1437-ci ili bir aydır başlayıb. Başlayan kimi böyük sayda MTN məmuru həbs edildi. Miladi 1937-də belə idi: əvvəlcə adamları boşuna tuturdular, sonra tutanları tuturdular, sonra isə tutanları tutanı tuturdular.

Sovetin ideyaları tükənməyə başlayanda sistem özünü yeməyə başlamışdı. Bizdəki rejim isə neft pulu tükənməyə  meyllənən kimi iştahını içinə yönəltdi, cünki onda ideya heç əvvəldən olmayıb, bütün ayıblarını neft gəlirlərilə malalayırdı.

“Davam edir 37” beləliklə daha da mənalı şeirə cevrildi, şüarlaşdı, milliləşdi.

Previous post Next post
Up