Jun 24, 2015 15:20
19 hakimin cinayətilə bağlı Zakir Qaralova göndərdiyim tələb bəzi adamlara aydın deyilsə, izah edim.
Əvvəla, Avropa Məhkəməsində vəkilim Fuad Ağayevlə birgə sübut etdik ki, həbsdə saxlanmağım haqqında o hakimlərin çıxardığı 12 qərarın hamısı siyasi qərəzdən irəli gəlirdi.
Bu isə Cinayət Məcəlləsinin 295-ci maddəsilə nəzərdə tutulan cinayət əməlidir. Onu törədənə 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası düşür.
Avropa Şurası Nazirlər Komitəsinin bu faktdan doğan sorğusuna cavabında rəsmi Bakı yazıb ki, hakimlərin gələcəkdə belə səhvə yol verməməsi üçün onlara ixtisasartırma məşğələləri təşkil edəcəyik (sənəd DH-DD(2014)1450,26 noyabr 2014).
Mən də dolayısı ilə deyirəm ki, əgər 5-8 illik zindanı məşğələ ilə əvəzləmək olarsa, onda boşaldın həbsxanaları, bütün cinayətkarları siniflərə doldurub 5-8 saatlıq məşğələ keçin, tərbiyələnsinlər.