Хороший пост от френда
passat33:
Türk dili son illər özünün ən əzəmətli dövrünü yaşamaqdadır. Google-nin tərcümə proqramına, Lingvo-nun lüğət fonduna türk dilinin əlavə olunması, Euronews-un türk dilində də yayıma başlaması bunun sübutudur. Bircə qalır BMT-nin rəsmi dillər siyahısına (ingilis, alman, fransız, ispan, çin, rus, ərəb) 8-ci dilin - türk dilinin də daxil olması. Bu, çox önəmli hadisə olardı və olacaq da.
Şəxsi fikrimdir, belə düşünürəm ki, biz də təkamül yolu ilə öz ləhcəmizdən türk dilinə keçməliyik. Bu prosesi ilk dəfə bizim reallaşdırmaq imkanımız çox rahatdır və bu hadisə digər türkdilli xalqlar üçün də tramplin ola bilər. Türkdilli xalqların vahid bir dildə danışmasının və anlaşmasının zamanı çoxdan yetişib. Bəlkə vahid əlifba da hazırlamaq olar. Bundan ötrü bir az cəsarətli olub, Putindən qorxmamaq lazımdır. Sürətlə qloballaşan dünyada xırda, məhəlli xarakterli dillər onsuz da sıradan çıxacaq.
Türk dili kimi, Türkiyənin baş naziri Ərdoğan da artıq nəinki öz ölkəsində və regionda, artıq dünya çapında ən parlaq siyasi xadimə çevrilib. Onun xarizmasını ölkə daxilində cümhuriyyətçilərlə yanaşı, dünya miqyasında Türkiyəyə ağız büzənlər belə qəbul etmək zorunda qalıblar. Məhz onun sayəsində Türkiyədə Atatürk kultu zəiflədilmiş, şəxsiyyətə pərəstiş aradan qaldırılmaq üzrədir. (Atatürkü mən də çox sevirəm, amma şəxsiyyətə pərəstişi qəti rədd edirəm). Son dövrlərdə Atatürklə bağlı yeni formatda yazılan əsərlər və çəkilən filmlər bunu bir daha sübut edir. Üstəlik Ərdoğan orduya öz yerini göstərməyi bacaran və bunu inadkarlıqla edən cəsarətli bir siyasətçidir. Onun baş nazir vəzifəsinə gələnə qədər Türkiyəni xalq tərəfindən seçilmiş hökumətdən daha çox ordu idarə edirdisə, artıq indi ölkəni sözün həqiqi mənasında o, özü idarə edir. Bu, demokratik institutların öz yerini tutması üçün çox mühüm şərtlərdən biridir. Ordu mənsubları isə sonuncu imkanlarını kullansalar da, artıq öz məğlubiyyətləri ilə barışan kimi görsənirlər.
Düzdür, burada dinçi amillər bir çoxları kimi məni də narahat edir, amma onun xarizmasını, liderlik keyfiyyətini və ən əsası oratorluğunu qeyd-şərtsiz qəbul edirəm. Məhz elə onun natiqlik keyfiyyətini qeyd etmək istərdim. Çox qəribədir ki, Ərdoğanın nitqlərində siyasi yüklə yanaşı, ədəbi, folklor yükü də güclü olduğundan digər orator siyasilərlə müqayisədə üstünlük onun xeyrinədir. Hərdən çıxışları zamanı onun şeir söyləməsi, hansısa bir ədibindən sitat gətirməsi ayrı bir aləmdir. Nəhayət, onun səs tembri, diksiyası TÜRK dilinin bütün əzəmətini dünyaya nümayiş etidirir. Sonuncu dəfə, bu yaxınlarda AB-nin Türkiyədəki böyükelçilərinə türk dilində necə qulaqburması verdisə, lap ləzzət elədi...
Mən Ərdoğanı türk dilinin ən mükəmməl təmsilçilərindən biri hesab edirəm. Onun harada olmasından asılı olmayaraq, ancaq türk dilində danışmasının hamınız şahidisiniz. Yeri gəlmişkən, onu da qeyd edim ki, Ərdoğana kimi olan baş nazirlərin hamısı xarici ölkələrdə ingilis, yaxud fransız dilində çıxışlar yapıb, bircə Ərdoğandan başqa. Hətta Euronews kanalına verdiyi müsahibə də türk dilində olub, amma həmişə olduğu kimi ağzından "quş" buraxmayıb.
Единый лингва-тюрка нужен обязательно, это бесспорно.
Единственно - какие книги не пиши, какие фильмы не снимай - принизить роль Ататюрка не удастся. Бошуна уграшырлар, уграшлар...