30 min dollarlıq lisenziya

Dec 11, 2009 12:55

Bu günlərdə Azərbaycanın 3 mobil rabitə (GSM standartı) operatorundan birinə - Azerfon şirkətinə (NAR MOBİLE) 3G texnologiyası ilə xidmət lisenziyası verilib. Lisenziyanın qiyməti 30 000USD və lisenziyanı verən orqan Rabitə və İnformasiya nazirliyidir.
Əcəba, heç kim deməyir ki, niyə məhz Azerfon seçilib. Sual yalnız bundadır: hansı meyarlara görə Azerfon seçilib?! Və seçim metodoligiyası nədən ibarət olub?! Musabiqə-tender formulundan başqa iş dünyası hələ şəffaflıq və ədaləti təmin edən yol tapmayıb.
Keçirildimi belə bir tender?! Yoxsa yüksək kabinetlərdə seçim edildi və rabitə nazirliyi də bu seçimə, farslar demişkən, "bəçeşm" dedi.

azerfon, 3g

Previous post Next post
Up