“Heç bir dövlətin marağında deyil ki, Dağlıq Qarabağ münaqişəsi..."

Nov 23, 2009 02:34

“Heç bir dövlətin marağında deyil ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun”.

Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov “Cənubi Qafqazda təhlükəsizliyə maneələr: mövcud reallıqlar və regional inkişafın perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Dünyanın aparıcı siyasi qüvvələrinin Qarabağ məsələsində ikili standart yürütdüyünü bildirən vitse-spiker qeyd edib ki, Balkanlarda hadisələr baş verəndə NATO onu çox operativ həll etdi, Dağlıq Qarabağ münaqişəsi isə Minsk qrupuna həvalə olundu: “Minsk qrupu isə 18 ildə heç nə edə bilmir. Bu problemi həll edəcək Azərbaycan xalqı və Azərbaycan ordusu var”.

Beynəlxalq qüvvələrin Azərbaycanı problemin sülh yolu ilə həllinə dəvət etdiyini xatırladan Z. Əsgərov daha sonra bunları deyib: “NATO Parlament Assambleyasının rəsmisi mənə demişdi ki, heç kim xristian Ermənistanı qoyub, müsəlman Azərbaycana kömək etmək istəmir”.

Z. Əsgərov konfransda iştirak edən beynəlxalq ekspertlərə müraciət edərək deyib ki, beynəlxalq hüquq prinsiplərinə əməl olunmursa, bunu elan etsinlər, Azərbaycan da öz işini bilsin

APA

Qarabağ, НКАО

Previous post Next post
Up