Ведущие оппозиционные партии Азербайджана выразили протест

Jun 23, 2012 22:11




Ведущие оппозиционные партии Азербайджана выразили протест в связи с арестом правозащитника, главного редактора газеты “Толыши Садо” Хилала Мамедова. В заявлении партии Мусават, распространенным вечером 22 июня подчеркивается арест Х. Мамедова, а в дальнейшем обыск в его квартире проводился с нарушениями всех юридических процедур. В заявлении ПНФА (Партия Народного Фронта Азербайджана) подчеркивается, что уже не первый раз власти такими методами бросают в застенки политически активных граждан. В заявление ПНФА отмечается , что к Хилал Мамедов был подвержен физическому насилию, а его задержание в течение нескольких часов без извещении семьи следует считать психологическим насилием. В заявлениях обеих партий подчеркивается причиной репрессии является активная политическая позиция Хилала Мамедова, его деятельность как правозащитника, а также его деятельность как главного редактора газеты “Толыши Садо”. Особо подчеркивается деятельность Хилала Мамедова, как руководителя комиитета защиты прав Новрузали Мамедова, прежнего главного редактора газеты “Толыши Садо” , осужденнего на основании абсурдных обвинений и погибшего в застенках МНБ. Обе партии требуют немедленного освобождения талышского правозащитника.

-------

Müsavat Partiyası İyunun 21-də tanınmış ictimai xadim, hüquq müdafiəçisi, “Tolişo sado” (“Talışın səsi”) qəzetinin baş redaktoru Hilal Məmmədovun narkotik maddələrin saxlanılmasında şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, bir neçə saat ailəsinə xəbər verilmədən saxlanılan və vəkilsiz dindirilən Hilal Məmmədovun evində axşam saatlarında axtarış aparılıb: "Bütün hüquqi prosedur qaydalarının pozulması ilə aparılan axtarışdan sonra guya evində də narkotik tapıldığı bəyan edilib".
Daha sonra bəyanatda bildirilir: "Hilal Məmmədov uzun müddətdir ki, ölkəmizdə vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşması, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşlarımızın ictimai-siyasi maariflənməsi uğrunda fəaliyyət göstərir. Riyaziyyatçı alim olan Hilal Məmmədov eləcə də, talış xalqının tarixinin, dilinin və ədəbiyyatının tədqiqi və populyarlaşdırılması istiqamətində bir çox elmi və publisistik məqalələri ilə tanınıb.
Qeyd edək ki, bundan öncə də “Tolişo sado” qəzetinin əvvəlki baş redaktoru, linqvist alim, professor Novruzəli Məmmədov şərlənərək həbs olunmuş, İran lehinə casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş, bir müddət sonra isə həbsdə vəfat etmişdir. N.Məmmədovun ailəsinə qarşı aparılan repressiya nəticəsində iki övladı da vəfat etmişdir. O zaman Novruzəli Məmmədovun və ailəsinin hüquqlarının müdafiə komitəsinə də məhz Hilal Məmmədov rəhbərlik etmişdir".
Müsavat Partiyası baş verən hadisəni vətəndaş fəallığına qarşı yönəlmiş repressiya kimi qiymətləndirərək qəti şəkildə pisləyir, mövcud iqtidardan insan hüquq və azadlıqlarına, eləcə də milli hüquqlara hörmətlə yanaşılmasını, Hilal Məmmədovun dərhal azad edilməsini tələb edir. Partiya bəyan edir ki, siyasi baxışlarına və vətəndaş mövqeyinə görə cəzalandırılan hər bir kəs kimi Hilal Məmmədovun da hüquqlarının müdafiəsi istiqamətində atılan bütün addımlara dəstək verəcək.

----------
Azərbaycan Xalq Cəbhəsi Partiyası Hilal Məmmədovun həbsinə etiraz
Bəyanatı
23 iyun 2012, Bakı

İyunun 21-də hüquq müdafiəçisi, “Tolişo sado” (“Talışın səsi”) qəzetinin baş redaktoru Hilal Məmmədov saxta ittihamla həbs edilib. Hüquq mühafizə orqanları onun cibindən narkotik maddə tapıldığını iddia edirlər. Amma Azərbaycanda ictima fəalların bu cür ittihamlarla həbsə atıldığı birinci dəfə deyil buna görə də Hilal Məmmədovun da bu ittihamla həıbs edilməsi şübhəli əməliyyatdır.
Hilal Məmmədov həbs edilərkən işgəncəyə məruz qalıb, həbsi barədə ailəsinə xəbər verilməməsi də mənəvi işgəncə kimi qiymətləndirilməlidir. O həbs edildikdən bir neçə saat sonra, axşam saatlarında evində axtarış aparılıb. Əvvəldən axıra qədər prosesə vəkilin cəlb edilməsinə imkan verilməməsi isə növbəti və aşkar qanun pozuntusu faktıdır.
Hilal Məmmədov insan haqlarının müdafiəsi ilə məşğul idi. O, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması üçün fəaliyyət göstərən və öz fəallığı ilə fərqlənən insanlardan biridir. Görünür, elə bu fəallıq da repressiyanı həyata keçirən dövlət orqanlarının diqqətini cəlb edib və onun həbsi üçün siyasi qərarın verilməsinin səbəbi olub. Hilal Məmmədov elmi yaradıcılıqla məşğul olan riyaziyatçı alimdir. Eyni zamanda mənsub olduğu talış xalqının milli-mənəvi dəyərlərini təbliğ edir, onun folklorunun ardıcıl tədqiq olunmasını təşviq edir, bu sahədə özünün də ciddi yaradıcılıq nümunələri vardır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası xüsusi narahatlıqla bildirir ki, Hilal Məmmədovun redaktorluq etdiyi “Tolışi Sədo” qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov da şübhəli motivlərlə həbsə alınaraq həbsxanada məhv edilmiş, daha sonra isə onun ailə üzvləri (iki oğlu) də şübhəli şəkildə vafat etmişdi. Mərhum Novruzəli Məmmədovun hüquqlarının müdafiəsi ilə Hilal Məmmədov məşğul olmuşdu. Bu məqam xüsusi narahatlıq doğurur ki, Hilal Məmmədov da repressiya aparatının eyni taleyi hazırladığı adamlardan biri kimi həbsə alınmışdır.
Azərbaycan Xalq Cəbhəsi partiyası hökumətdən tələb edir ki, vətəndaşlırın bu cür şübhəli və əsassız motivlərlə həbs edilməsi praktikasına son qoysun, Hilal Məmmədovu isə dərhal azaldığa buraxsın. Xalq Cəbhəsi hakimiyyətin Azərbaycan vətəndaşlarına girov kimi baxmasını, istədiyi halda istədiyi adamı qanunsuz olaraq həbsə almaq ənənəsini qətiyyətlə pisləyir.
AXCP hüquq müdafiə təşkilatlarını, mediyanı və vətəndaş cəmiyyətinin fəallarını Hilal Məmmədovun həbsi faktına biganə yanaşmamağa, onun azaldığa buraxılması üçün zəruri və koordinasiyalı adımlar atmağa çağırır.

http://tolishpress.org/news/1725.html

Мусават, талыши, Партия Народного Фронта Азербайджана, Гилал Мамедов

Previous post Next post
Up