Сократ.

Dec 14, 2022 12:52

Bu günün fikri.

"Sokratsayağı"!

"Mən bilirəm ki...mən heç nə bilmirəm!"
Sokrat.

Heç nə olmamış kimi..."yaşayır" dövrümüzdə
"Məşhur" Sokrat
Heç nə bilməmək..."qəbahəti" - başının üstə!

Kimi ateistdir,kimi teokrat
Kimi isə müsəlman - "islamist"
"Sıralalamaq" uzun çəkər...
Dünyanı "qarışdıranları":
Xristian,dualist,buddist və iudaist!

İnsanı "yorur" bu "izm"lər və "ist" lər
Axı,buna neynəsin..."yazıq" Sokrat?!
"Başında turp əkir" Dünyanın...ateistlər
Alış-veriş əhli, mə'mur-partokrat!

Dünyani "fəth" etmiş centilmenlərə
"Ağlayıb-sıxtamaq" yaraşırmı,heç?!
Yazıq bir ölkənin halına...
"Aborigenləri"
İki şəhər tanıyırlar...Bakı və Mayami-biç!

Sərgüzəşt axtarır hər yerdə,bahəm
Geyinib-gecinib centilmen-qusar!
Onçün heç fərqi yox - paxıl ya məhrəm...
"Dayanmaz,görməsə önündə divar!"

Desəm ki..."Sənin oxuduğun-başına dəysin!"-
Məndən dərhal...inciyərsən!
Sənin oxuduğun kitablar,qəzəllər,nağıllar...
Gözünü "açmasa" - cəhənnəmə gedərsən!

14.12.2022 il
Avey
Previous post Next post
Up