Вдохновение.

Dec 13, 2022 06:22

Bu günün fikri.

Təb.

Ya bu ilham ağrısı zülümdür-zülüm
Sirayət oldusa ölümdən betər!
Çürüdü...çürütdü bu qara günü
Əzaba peymandı
Nəhayət...yetər!

Məşəqqətlər dolu
Yuxusuz gecə
Şam işığında
Əcaib kölgə...
Şeytanla güləşdə
Hər addım..."döngə"
Oğulsan - becər!
Qulağında "ahənglər"-
Tilsim "çağırır":
Durma,dön - gəl!

Səhralarda "azıb"
Su axtaranda...
Dağlara yalvarıb...
İstədin imdad!
Fərqinə varmadın
Dağdı - arandı
Sıldırım qayalarda
Gözlədin "nobat":
Qartal yuvalaları
Məskanın oldu
Yeganə,bildyin söz:
"Vivat,həyat,vivat!"

11.12.2022 il
Avey
Previous post Next post
Up