mediaforum.az'da
bu xəbər diqqətimi çəkdi. Xanımın dediklərinə cavab olaraq ona bu sualı vermək istəyirəm: "Milli Məclisin deputatı olmadan vətənə, millətə xidmət etmək olarmı?"
"Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır." əl-Bəqərə, 114-cü ayə
"Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!" əl-Cin, 18-ci ayə
Əgər xalqımızın hazırda təqib və işgəncələrə məruz qalmaqda olan övladlarını insan hesab edirsinizsə, İnsan hüquqları daimi komissiyasının sədri olaraq mümkünsə onların hüquqları ilə məşğul olun. İbadət isə sizlərin anladığınızdan fərqli olarq İslam dininə deyil tək olan Allahadır.